Ceki Çan

Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Bryus Linin qəhrəmanları ilə müqayisədə daha zəif, tənbəl təsiri bağışlayırlar. Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi, bir qədər də aciz görünən qəhrəmanlarını Bryus Linin coşqun enerjili savaşçılarının əksi kimi yaradıb. Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda onları məğlub edərək, haqq və ədalətin bərpasına nail olurlar.

1994-cü ildə ABŞ-ın MTV telekanalı Ceki Çana həyatında ən böyük mükafatı — “Kinomatoqrafiya sahəsində uğurlara görə” mükafatını verdi. MTV-nin bu mükafatı Amerikada daha çox tamaşaçı kütləsi və rejissorların diqqətinin Ceki Çana cəlb edilməsində önəmli rol oynadı.
Ardı →